Bir ailənin 3 üzvü ZƏHƏRLƏNDİ – Bayramdan qalan salatı YEYİBLƏR
Tovuzda zəhərlənmə faktı qeydə alınıb.
Aztimes.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bozalqanlı kəndində baş verib.
1970-ci il təvəllüdlü Ə.Dəmirova, 1990-cı il təvəllüdlü E.Abdullayeva və 1992-ci il təvəllüdlü S.Abdullayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Xəstələrə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.
Məlumata görə, həmin şəxslər bayramdan qalan salatı yedikdən sonra zəhərləniblər.