Masallı rayon İcra Hakimiyyətinin Başçısı əhalini təbrik etdi- Sakinlər başçıdan razısınızmı?
AzTimes.az xəbər verir ki, Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov Novruz bayramı münasibəti ilə əhalini təbrik edib:
“Hörmətli Masallı sakinləri!
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı və səadət arzulayıram!
Novruz Bayramı xalqımızın milli-mənəvi dəyərlərini və milli varlığımızın dolğun təcəssümünü özündə əks etdirən, çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın tarixi bayramıdır.
Bu gün mən çox şadam ki, bu bayrama da dövlətçilik tariximizdə qızıl hərflərlə əbədi qalacaq parlaq qələbə ilə qədəm qoymuşuq. Haqq işi uğrunda mübarizədə Ali Baş Komandanın rəhbərliyi altında bir yumruq kimi birləşərək əzəli torpaqlarımıza uzanan mənfur düşmənin əlləri kəsilmiş, yurdumuzu düşməndən təmizləmiş və ədaləti şəhidlərimizin qanı bahasına əldə etmişik. Vətənimizin müstəqilliyi və ərazi bütövlüyünün qorunması naminə canlarından keçmiş şəhidlərimizin xatirəsini bu əziz gündə bir daha ehtiramla yad edirəm.
Bu bayramda hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Bahar öz gəlişi ilə evinizə, ocağınıza bol ruzi-bərəkət və firavanlıq gətirsin, qəlbinizi xoş hisslər bəxş etsin. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, umidləriniz gərçək olsun!
Möhtərəm prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanımızın tərəqqisi və çiçəklənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayır, Novruz bayramınızı təbrik edirəm!”
Nəzərinizə çatdıraq ki, Şahin Məmmədov Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə 20 noyabr 2019-cu ildə isə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Bu müddət ərzində rayonda gözlə görüləcək dərəcədə yaxşıya doğru dəyişikliklər edilib .
Karantinin yumşaldılması ilə bağlı vətəndaşlarla ənənəvi görüşlərə start verən icra başçısı Masallı kəndlərinin sakinləri ilə görüş keçirərək onların problemlərini dinləyib, həlli istiqamətində tapşırıqlar verib.
Şahin Məmmədov mütəmadi olaraq 44 günlük Zəfər savaşında vətənin bütövlüyünü canları, qanları bahasına qazanmış şəhidlərin ailələrini, valideynlərini diqqətdə saxlayır,onların problemləri və ehtiyacları ilə maraqlanır.
AzTimes.az saytının Masallı sakinləri arasında apardığı sorğunun nəticəsi rayon sakinlərinin böyük əksəriyyətinin icra başçısından razı olduğunu bir daha sübut edir. Hər sahədə olduğu kimi natamamlıq kar da var. Amma onların tamamlanması , yarım qalmış problemlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.
Pərvin Abışova AzTimes.az