Tərtərdə şagirdlərlə görüş keçirilib

Baxılıb:239
Tərtərdə şagirdlərlə görüş keçirilib

Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə  rayonun 1 saylı tam orta məktəbində “Gənclər narkomaniyaya yox deyir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov müasir dövrümüzdə çox böyük təhlükəyə çevrilərək dünyanı təhdid edən narkomaniyanın  insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. Narkotik vasitə istifadəçilərinin əhatəsində olan insanlara da ciddi təhlükələr yaratdığını  qeyd edən rəis bu fəlakətlə mübarizə istiqamətində görülən işlər haqqında geniş məlumat verib.
Digər çıxışçılar da şagirdləri bu bəladan uzaq durmağa, dərslərinə məsuliyyətlə yanaşmağa çağırıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Abunəlik