Deputat müraciət etdi Qızıl Aypara Cəmiyyəti görüş keçirdi- FOTOLAR

Baxılıb:397
Deputat müraciət etdi Qızıl Aypara Cəmiyyəti görüş keçirdi- FOTOLAR

AzTimes.az xəbər verir ki, Milli Məclisin deputatı Hicran xanım Hüseynovanın müraciəti əsasında Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi 41 saylı Sumqayıt 1-ci seçki dairəsindən aztəminatlı ailələrlə Novruz bayramı ilə bağlı Hicran xanımın iştirakı ilə birgə görüş keçirilərək, onlara bayram sovqatları paylanılmışdır. Ailələri bu gözəl bayram münasibəti ilə təbrik edir, can sağlığı, ailə səadəti və xoşbəxtlik arzulayıblar.

Deputat Hicran xanım Hüseynova bu xoşməramlı tədbirə görə, aztəminatlı ailələri diqqətdə saxlayıb bayram ərəfəsində olunan yardımla bağlı Qızıl Aypara Sumqayıt şəhər bölməsinin sədri Mətanət xanım Məhərrəmliyə və könüllürlərə dərin minnətdarlığını bildirib.


Abunəlik