“Fikrimin QHT nümayəndələri tərəfindən birmənalı və düzgün anlaşılmamasına təəssüflənirəm”

Baxılıb:220
“Fikrimin QHT nümayəndələri tərəfindən birmənalı və düzgün anlaşılmamasına təəssüflənirəm”

Mart ayının 14-də Xəzər rayonunun Binə qəsəbəsi ərazisində “Ümid yeri” adlı sığınacaqda gənc qadının həyat yoldaşı tərəfindən qətlə yetirilməsi hadisəsi ilə bağlı verdiyim açıqlamanın bu sahədə çalışan bəzi QHT nümayəndələri tərəfindən birmənalı və düzgün anlaşılmamasına təəssüflənirəm.
Açıqlamamda vurğuladığım əsas fikir ondan ibarətdir ki, dövlət sığınacaqlarının sayının artırılmasına ciddi ehtiyac var. Və gələcəkdə dövlət sığınacaqlarının fəaliyyəti qurulduqdan sonra QHT-in nəzdində fəaliyyət göstərən sığınacaqların bir çox xarici ölkələrdə (İspanya, Fransa və s.) olduğu kimi “one stop mərkəzləri” formatında fəaliyyət göstərmələri məqsədəuyöun olardı. “One stop mərkəzləri” müvəqqəti sosial, psixoloji, hüquqi, tibbi yardım göstərdikdən sonra qurbanları dövlət sığınacaqlarına təhvil veririlər. Bu mənim subyektiv fikirimdir və burada heç bir halda QHT-lərin tərkibində fəaliyyət göstərən sığınacaqların bağlanmasından söhbət getmir. Əksinə tövsiyyə olunur ki, sığınacaqların təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə milli qanunvericiliyə əsasən, Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq edilsin, ora sığınan insanlar daha güvəndə olsunlar.
Məlumat üçün qeyd etmək istərdim ki, Azərbaycanda ilk sığınacaqlar yaradan QHT rəhbərlərini, o cümlədən Mehriban Zeynalovanı, Nigar Məsimovanı, Kəmalə Ağazadəni və adlarını çəkmədiyim QHT rəhbərlərini çox yaxşı tanıyıram (uzun müddət vətəndaş cəmiyyətində və qadın hərəkatında təmsil olun biri kimi). Onların bu sahədə əməkləri danılmazdır və bu fəaliyyətə illərini sərf ediblər, yüzlərlə insana köməklik göstəriblər. Dövlət sığınacaqları kifayət etməyənə qədər bu sığınacaqlara həmişə ehtiyac olacaq. Bu sahədə çalışan QHT-lərə gələcək fəaliyyətlərində uğurlar arzu edirəm. Və onu da arzu edirəm ki, təhlükəsizlik məsələlərində gələcək fəaliyyətlərini daha da təkmilləşdirsinlər.

AzTimes.az


Abunəlik