Qanunsuz evlər tikən maklerə himayədarlıq edən ” şəhid atası” kimdir?

Baxılıb:366
Qanunsuz evlər tikən maklerə himayədarlıq edən ” şəhid atası” kimdir?

Bir neçə gün öncə bu evin Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində tikildiyi və şəhid “atası” tərəfindən “krışalıq” edildiyi barədə məlumat vermişdik.

Məsələni daha geniş araşdırmaq üçün AzTimes.az saytı olaraq Ağsu rayunu, Ərəbuşağı kənd bələdiyyəsinin sədiri Oktay müəllimlə əlaqə saxladıq.

Bələdiyyə sədri bildirdi ki, övladı bələkdə olanda atası Daşqın Ağalarov rusiyaya gedib və həmin gündən də ailəsini atıb. Vətənə döndükdən sonra Bakıda yenidən ailə qurub. Birinci ailəsilə isə əlaqəni tamam kəsib. Şəhidin anası illər öncə rəsmi qaydada boşanıb və övladını tək böyüdüb.

Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olan övladını Bakıda dəfn ediblər. Daşqın isə “xəcalətindən” heç hüzürdə belə iştirak etməyib.
Şəhid ailəsi statusu isə ona şamil edilməyib.
Dövlətimiz həmin şəhidin anasına Bakıda ev verib və şəhid ailələrinə nəzərdə tutulan bütün imtiyazları tətbiq edib.

Daşqın Ağalarov isə özünü şəhid atası kimi təqdim edərək ona-buna “krışalıq” edib pul qazanır…


Abunəlik