Azərsu QSC tikinti izni olmayan əraziləri marketlərə satır?
AzTimes.az xəbər verir ki, fotonu criminal.az saytının redaktoru Anar Məmmədov şəxsi “Facebook” səhifəsində paylaşıb.Fotonu Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsindəki “Sərham” marketdə çəkilib.
” Belə ki,mağazanın Sərvər adında rəhbəri ərazini zəbt edə-edə gedib, nəticədə kanalizasiya mağazanın içərisində qalıb. Bu həmin Sərvərdir ki, hələ bir neçə il əvvəl onun necə vergi cinayəti törətdiyini yazmışdım, mənə demişdi ki, vergilər naziri Fazil Məmmədov qələt edir, başını da döyür Şəmkirdəki ən böyük daşa.
Sabah bu məsələ çıxanda eyni sözü Azərsu və icra başçısı Adil Vəliyev haqda da deyə biləcəkmi?
Razini ata yurdu kimi söküb-tikən Adil Vəliyev bunu görmür? AZERSU QSC, Anar Cabrayilli, sizdə görməmisiniz? Göstərmək məndən, bir-iki günə yenə həmin yerə baş çəkəcəm…”
Nəzərinizə çatdıraq ki, Azərsu QSC-dən bizə verilən mütəmadi açıqlamalarda bildirilir ki, quruma məxsus ərazilərdə tikinti aparılması, hətta yüngül konstruksiyalardan ibarətvaqon, birka qoyulması qəti qadağandır. Amma burdan belə nəticəyə gəlmək olar ki, “dayı” olsa, ərazidə göydələn də tikmək olar.