Mirsamir Məmmədov: “TANAP-ın işə düşməsi Azərbaycanın daha da güclənməsinə xidmət edəcək”

Baxılıb:126
Mirsamir Məmmədov: “TANAP-ın işə düşməsi  Azərbaycanın daha da güclənməsinə xidmət edəcək”

 

TANAP qaz layihəsi Azərbaycanı dünya birliyində daha da irəliyə aparacaq.
Bunu TANAP qaz kəmərinin işə düşməsindən danışarkən siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib. M. Məmmədov bildirib ki‚
TANAP qaz kəmərinin açılışı ölkəmiz üçün növbəti uğurdur. Azərbaycanın nəhəng enerji layihələrinə təşəbbüskarlıq etməsi ölkəmizin qüdrətindən xəbər verir. TANAP Azərbaycan qazını Avropa bazarına çıxarır. TANAP layihəsi Dövlətimizin başçısı cənab İlham Əliyevin şəxsi təşəbbüskarlığı ilə ərsəyə gələn nəhəng enerji layihəsidir. İstər‚ TANAP‚ istər digər neft və qaz layihələri ölkəmizin nüfuzunu dünya birliyində daha da artırmışdır. Eyni zamanda həm Azərbaycan iqtisadiyyatı üçün‚ həm də bölgənin sabitliyi naminə atılan mühüm bir imzadır TANAP layihəsi. Nəhəng enerji layihələrinin inşası bölgənin sabitliyinə və təhlükəsizliyinə xidmət edən haldır. Hazırda 7 ölkəni birləşdirən TANAP qaz xətti Azərbaycan qazını Avropa bazarına çıxaracaq.
Bu səbəbdən Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılışı mühüm tarixi və əlamətdar bir hadisə oldu. Bu enerji layihəsinin açılışı‚ Dövlətimizin başçısının ölkəmizə qazandırdığı növbəti möhtəşəm bir uğurdur‚ deyə M. Məmmədov qeyd edib.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir