Ukraynaya döyüşə göndərilən Rusiya hərbçisi sevgilisinə telefonda NƏ DEDİ? -VİDEO

Baxılıb:162
Ukraynaya döyüşə göndərilən Rusiya hərbçisi sevgilisinə telefonda NƏ DEDİ? -VİDEO

Ukraynanın xüsusi xidmət orqanları Rusiya ordusunun hərbçilərinin telefon danışıqlarını dinləməkdə davam edir.

Aztimes.az-ın Ukrayna mediasına istinadla məlumatına görə, bu dəfə rusiyalı hərbçinin sevgilisi ilə danışığı dinlənilib.

Telefonla onu 8 Mart münasibətilə təbrik edib, həmçinin Ukraynaya müharibə üçün gəldiyini bildirib. Qız hər kəsin sağ-salamat Rusiyaya evinə qayıdıb-qayıtmayacağını soruşduqda, əsgər belə cavab verib: “Mən buna zəmanət verə bilmərəm”.

“Artıq bilmirəm qanunu pozuram, ya yox, amma vəzifəmi yerinə yetirməkdən imtina etdim. Mən evə qayıtmağa  hazırlaşıram. Mən top yemi kimi davam etməyəcəyəm, bu rolda olmayacağam”, – hərbçi deyib.


Abunəlik