Tovuz rayonunda məktəb direktorlarının çəkişməsinə səbəb olan məsələyə Təhsil şöbəsindən cavab-VİDEO

Baxılıb:430
Tovuz rayonunda məktəb direktorlarının çəkişməsinə səbəb olan məsələyə Təhsil şöbəsindən cavab-VİDEO

Tovuz Rayonunun  Alakol kəndində  Nurəddin Sadıqov adına Alakol  tam orta məktəb və  Alakol 1 saylı tam orta məktəb  fəaliyyət göstərib. Tədris ilinin əvvəlində kənddə 600 nəfərlik yeni bina inşa edilib. Valideynlərin əksəriyyətinin razılığı ilə hər iki məktəb eyni binaya köçürülüb. Bəzi valideynlər bu binada iki məktəbin yerləşməsindən narazılıq edərək məktəblilər arasında ayrıseçkilik salındığını,  Elmira Cəfərova  və Şöhrət Binnətova arasında tez-tez mübahisə olduğun bildirərək məktəblərin birləşdirilməsini istədiklərini dilə gətiriblər. Məsələ ilə bağlı Fatimə adlı valideyn bizimlə əlaqə saxlayaraq məktəbə bir direktorun rəhbərlik etməsini istədiyini, 11-ci sinifdə təhsil alan övladının  məktəbdəki bədən tərbiyə və hərbi hazırlıq kabinetlərindən  yararlana bilmədiyini dedi.

Biz AzTimes.az saytı olaraq  məsələ ilə əlaqədar hər iki məktəb direktoru ilə əlaqə saxladıq. Şöhrət Binnətova yolunun uzaq olduğunu səbəb göstərərək bizə telefon vasitəsi ilə fikir bildirdi. O bir müddət öncə aralarında olan narazılıqla əlaqədar “Dünya Tv”-nin məktəbdə olaraq çəkiliş apardığını, məktəblərin birləşdirilərək bir direktor təyin edilməsinin lazım olduğunu dedi. Şöhrət Babayeva onun direktoru olduğu məktəb valideynlərinin əksərinin məktəblərin bir binada yerləşdirilməsindən narazı olduqlarını dilə gətirdi. O, digər məktəbin direktorunun yüksək vəzifəli məmurun qohumu olduğu üçün vəzifəsində saxlanıldığını bildirdi.

Elmira  Cəfərova isə bunun tam əksinə olaraq heç bir problem yaşanmadığını bildirdi. O, qeyd etdi ki, məktəblər bir binada yerləşməsinə baxmayaraq hər iki məktəb üçün əlverişli şərait yaradılıb. Hər iki məktəb üçün ayrı giriş və çıxışlar təşkil olunub. Buna əlavə olaraq qeyd etdi ki,  burada direktor kimi fəaliyyəti tam qanunidir. O, direktorların işə qəbul imtahanını müvəffəqiyyətlə verdikdən sonra bu məktəbə direktor təyin edilib. İşdən azad olunması məsləhət bilinərsə qanun qarşısında boynu qıldan incədir.

Məsələ ilə bağlı Tovuz rayon Təhsil Şöbəsində olduq. Təhsil şöbəsinin məsul işçisi Fikrət Tahirov məsələyə aydınlıq gətirdi:


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir