Diyetoloq sağlam və qənaətcil qidalanma yollarını açıqladı

Baxılıb:154
Diyetoloq sağlam və qənaətcil qidalanma yollarını açıqladı

Diyetoloq, endokrinoloq Anton Polyakov düzgün və büdcəyə uyğun qidalanma yollarını açıqlayıb.

O, məhsulların düzgün nisbətini izah edib.

“Rasionun 25 faizini heyvan zülalı, ət, balıq, quş əti, dəniz məhsulları, yumurta, 25 faizini nişastalı karbohidratlardan ibarət olan kartof, paxlalılar, makaron, 25 faizini tərəvəz, göyərti, meyvə və giləmeyvə, qalan 25 faizini isə müxtəlif yağlar, qoz-fındıq və dənli bitkilər təşkil edə bilər”, – deyə mütəxəssis bildirib.

O əlavə edib ki, belə pəhriz insana stressin öhdəsindən gəlməyə, sağlamlığını qorumağa və enerjili olmağa kömək edəcək.

Mənbə: moslenta.ru


Abunəlik