Ukrayna ordusu Qostomeli geri aldı – Rusiyanın onlarla hərbçisi həlak oldu

Baxılıb:158
Ukrayna ordusu Qostomeli geri aldı – Rusiyanın onlarla hərbçisi həlak oldu

Ukrayna Silahlı Qüvvələri Qostomel şəhərini (Kiyev vilayəti) Rusiya hərbçilərindən geri alıb.

Aztimes.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, döyüşlər zamanı Rusiyanın onlarla hərbçisi öldürülüb.

Məlumata görə, Qostomel uğrunda iki gün davam edən döyüşlər zamanı Ulyanovskdan (Rusiya) 31-ci xüsusi mühafizəçilər briqadasının 50-dən hərbçisi həlak olub. Bundan əlavə, Ukrayna hərbçiləri çoxsaylı hərbi qənimətlər, o cümlədən silah, texnika və qarşı tərəfin şəxsi sənədlərini ələ keçirib.

“Qostomel şəhəri Ukrayna qoşunlarının nəzarəti altındadır”, – Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi əlavə edib.


Abunəlik