Azərbaycanda zəlzələ olub
Azərbaycanda zəlzələ olub.
Oxu.Az-ın bölgə muxbiri xəbər verir ki, zəlzələ bu gün günorta saatlarında Qax rayonun Güllük və Zərnə kəndlərində, o cümlədən Qax rayonu ilə sərhəddə yerləşən Zaqatala rayonunda da hiss olunub.
Təbii fəlakət nəticəsində dağıntı qeydə alınmayıb.
Respublika Seysmoloji Mərkəzindən Oxu.Az-a verilən xəbərə görə, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 14:06-da Zaqatala stansiyasından 8 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.