Şagirdlər bu görüşlərə həvəslə qatılırlar

Baxılıb:293
Şagirdlər bu görüşlərə həvəslə qatılırlar


Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə  rayonun Qaradəmirçi kənd tam orta məktəbində şagirdlərlə “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə” mövzularında növbəti maarifləndirmə tədbiri keçirilib.
Tədbirdən öncə RPŞ-nin rəisi, polis polkovniki Muradəli Babayev məktəbdə dərs prosesində iştirak edib, şagirdlərlə müxtəlif mövzular ətrafında diskussiyalar aparıb. Diskussiyalarda şagirdlər fəallıq göstərib, suallara səlis cavablar veriblər.
Daha sonra tədbir məktəbin akt zalında davam etdirilib. Rəis öz çıxışında dövrümüzün bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün törətdiyi təhlükələrdən, eləcə də narkotik vasitələrdən asılılığın dəhşətlərindən bəhs edib.
Həmçinin erkən nikahın fəsadlarından və dini radikalizmin doğurduğu qlobal problemlərdən də söz açılıb.
Sonda şagirdləri maraqlandıran bütün suallar cavablandırılıb.


Abunəlik