Tərtər polisi özünün və digərlərinin həyatını təhlükə qarşısında qoyan şəxslər saxladı

Baxılıb:154
Tərtər polisi özünün və digərlərinin həyatını təhlükə qarşısında qoyan şəxslər saxladı

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində mina və digər partlayıcı vasitələrlə çirkləndirilmiş əraziyə daxil olaraq özünün və digərlərinin həyatını təhlükə qarşısında qoyan şəxslər saxlanılıb.
 
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzTimes.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə nəzarət postlarından kənar yollarla rayonun Həsənqaya kəndi ərazisindəki minalarla çirkləndirilmiş əraziyə dəmir tullantıları toplamaq məqsədi ilə daxil olan 4 nəfər saxlanılıb.  Araşdırmalarla onların Həsənqaya kənd sakinləri –  Z.Həsənov, A.Həsənov, S.Həsənov və Y.Həsənli olduqları müəyyən edilib.
 
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib və onlardan ikisi inzibati qaydada 10 gün müddətinə həbs, digər ikisi isə cərimə ediliblər.
 
Qeyd edək ki, S.Həsənov və A.Həsənov əvvəllər də törətdikləri analoji əmələ görə inzibati qaydada məsuliyyətə cəlb olunublar.
 
 
 


Abunəlik