“Instagram”da yeni funksiya tətbiq edilib
“Instagram” videolar üçün avtomatik yaradılan subtitr funksiyasını təqdim edib. Bu funksiya defolt olaraq aktiv ediləcək.
Avtomatik subtitrlər hələ ki, bir çox əcnəbi istifadəçilər üçün əlçatan deyil. Lakin “Instagram” yaxın gələcəkdə dillərin siyahısını genişləndirməyi planlaşdırır.
Subtitrlər süni intellektdən istifadə etməklə yaradılır, ona görə də başlanğıcda müəyyən səhvlər ola bilər. Bununla belə, şirkət süni intellektin öyrəndikcə iş keyfiyyətinin yaxşılaşacağını iddia edir.
Mənbə: gazeta.ru