Göyçayda OLAY-Oğlan valideynləri ilə birləşib qız qaçırdı

Baxılıb:643
Göyçayda OLAY-Oğlan valideynləri ilə  birləşib qız qaçırdı

Hadisə Göyçay rayonunun Ulaşlı-şıxlı kənddində baş verib. AzTimes.az xəbər verir ki, kənd sakini Şahnaz Ömərova səhər saat 9 radələrində işə gedərkən Feyruz Əliyev , anası Yeganə Əliyeva və atası Mahmud Əliyev tərəfindən oğurlanaraq mal tovləsində gizlədilib. Etiraz bildirən Şahnaz Ömərovanın ağzını skocla bağlayaraq işgəncəyə məruz qoyublar. Polis əməkdaşlarının təxirəsalınmaz tədbirləri nəticəsində səhər üzü Şahnaz Ömarova tapılaraq ailəsinə təhvil verilib. Hadisədə adı keçən Mahmud Əliyev, Feyruz Əliyev və Yeganə Əliyeva(oğlanın anası) məsuliyyətə cəlb olunublar.

DİN – in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, həmin hadisədən məlumatlıyıq. Məsələ Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb və qız ailəsinə təhvil verilib. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

AzTimes.az


Abunəlik