Millət vəkili müharibə iştirakçıları ilə görüşdü-FOTOLAR

Baxılıb:216
Millət vəkili müharibə iştirakçıları ilə görüşdü-FOTOLAR

AzTimes.az xəbər verir ki, Milli Məclisin deputatı Tamam Cəfərova təmsil etdiyi Şamaxı rayonunda II Qarabağ müharibəsi veteranları ilə görüşüb. Millət vəkili müharibə iştirakçılarına tarixi torpaqlarımızın düşmən işğalından azad olunmasında göstərdikləri qəhrəmanlığa və fədakarlığa görə təşəkkür edib, tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb.
Millət vəkili Tamam Cəfərova, dövlətimizin şəhid ailələri və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söhbət açıb. O, bildirib ki, şəhid ailələri,qazilər və müharibə iştirakçılarının problemlərinin həlli, məşğulluq məsələləri cənab Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Millət vəkili T.Cəfərova Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun şəhid ailələrinin və müharibə iştirakçılarının həyat şəratinin daha da yaxşılaşdırılması istiqamətində mühüm işlər gördüyünü qeyd edib. Tamam Cəfərova şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının ən bariz örnəyi olan “Yaşat” Fondunun fəalliyətini xüsusilə diqqətə çatdırıb. O qeyd edib ki, şəhid ailələrimizin, qazilərin və müharibə iştirakçılarının həyat şəraitinin daha da yüksəldilməsi istiqamətində dövlətin bütün qurumları, eləcə də cəmiyyətin bütün sferaları lazımi diqqət və qayğını göstərməyə çalışır. Əlbəttə, hər şeydən öncə bu, hər birimizin vətəndaşlıq borcudur deyə millət vəkili qeyd edib.


Görüş çərçivəsində müharibə veteranlarını narahat edən problemlər ətrafında müzakirələr aparılıb.Onların müraciətləri əsasən məşğulluq və əlilliyin müəyyən olunmasında yaranan çətinliklərlə əlaqədar olub. T. Cəfərova bildirib ki, onların müraciətləri ilə əlaqədar olaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyatı qurumlar qarşısında tezliklə məsələ qaldıracaq.


Abunəlik