Çevik Ekspertlər Qrupu Ukrayna səfirinə MÜRACİƏT ETDİ

Baxılıb:262
Çevik Ekspertlər Qrupu Ukrayna səfirinə MÜRACİƏT ETDİ

Ukrayna Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Vladislav Kanevskiyə

Biz, 30 il Ermənstan tərəfindən torpaqlarının işğal acısıyla yaşayan, ədalətsizliyə susqunluğun, biganələyin, səssizliyin, ədalətsizliyin şahidləri,on minlərlə itkilərin əzabını yaşamış azərbaycan xalqının nümayəndələri olduğumuzdan bu gün sizin vəziyyətinizi başa düşür və Qəhraman Ukrayna xalqının yanında olduğumuzu bəyan edirik!
Ədalətsiz müharibələrin verdiyi itkiləri, faciələri, əzabları ən mükəmməl yazılmış sənədlərdə belə əks etdirmək mümkünsüzdür. Biz bunu görmüşük və yaşamışıq. Yalnız ədalətin bərpası faciə və ağrıları qismən azalada bilər. 8 ildir Ukraynanın ərazi bütovlüyü pozulmuşdur. Hər bir dövlətin və xalqın seçim hüququ var. Ukraynanın seçim hüququna hörmət etməyən, hərbi təcavüz nəticəində dövlətin və xalqın iradəsini sındırmağa çalışan hər bir hərəkəti pisləyirik. Məhz buna görə də biz, Ukrayna Respublikasının suverenliyini, qəhraman Ukrayna xalqını, xalqların toxunulmazlığının və təcavüzün qarşısının alınmasını dəstəkləyirik!
Ukrayna xalqının mübarizəsini haqq mübarizəsi hesab edirik. Tanrı Ukrayna dövlətini və qəhrəman ukrayna xalqını qorusun! Vətən ugurnda canından keçən qəhrəman şəhidlərə rəhmət diləyirik.
Salva Ukraini! Slava Qeroyam!
Azərbaycan Vətəndaş Cəmiyyətinin 5 nümayəndəsi, 5 QHTsədri və yüzlərlə üzvləri adından:

  1. Günel Səfərova – “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi
  2. Mehriban Zeynalova – “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi
  3. Kəmalə Ağazadə – “Azərbaycan Uşaqları” İctimai Birliyi
  4. Məleykə Əlizadə – “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi
  5. Vüsalə Hüseynli – “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi

AzTimes.az


Abunəlik