“Bitdi, bu qədər!” – Kiyev Moskva qarşısında şərt qoyur

Baxılıb:238
“Bitdi, bu qədər!” – Kiyev Moskva qarşısında şərt qoyur

“Ukraynanın paytaxtı Kiyevdə bu gecə yaşananlardan sonra mövqeyimiz dəyişib”.

AzTimes.az TSN-ə istinadən bildirir ki, Ukrayna Prezidenti Aparatının sədrinin müşaviri Mixail Podolyak Rusiya ilə danışıqlarda Kiyevin tutacağı mövqedən bəhs edərkən belə deyib.

“Danışıqlar prosesində mövqeyimiz tam fərqli olacaq. Ukraynanın diqtə edəcəyi şərtlər və mövqelər olacaq. Bundan sonra nələrin olacağını biz şərtləndirəcəyik. Bitdi, bu qədər! Son günlərdəki hadisələrdən, xüsusilə də bu gecə baş verənlərdən sonra kimin kim olduğu, kimin hansı gücə malik olduğu aydınlaşdı”, – M.Podolyak deyib./milli.az


Abunəlik