Narkomaniya ilə mübarizəyə aid növbəti təlim keçirildi- FOTOLAR

Baxılıb:170
Narkomaniya ilə mübarizəyə aid növbəti təlim keçirildi- FOTOLAR

AzTimes.az xəbər verir ki, 24 fevral 2022-ci il tarixində, Qardağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Qobu Park” yaşayış kompleksində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra edilən “İcma səviyyəsində sağlam həyat tərzi üzrə maarifləndirmə və narkotik vasitələrdən istifadə üzrə profilaktiki tədbirlərin təşkili” layihəsi çərçivəsində “Narkomaniya və sağlam həyat tərzi” mövzusunda növbəti təlim keçirilmişdir. Təlimidə “Qobu Park” yaşayış komleksində yaşayan məcburi köçkün icmalarında fəaliyyət göstərən orta ümumitəhsil məktəblərinin yuxarı sinif şagirdləri, valideynlər, yeniyetmə və gənclər iştirak etmişlər.
Təlimi narkomaniya üzrə ekspert Emil Maqalov keçirmişdir. Emil Maqalov təqdimatında narkotik vasitələrin növləri, onlardan istifadə, yaratdığı fəsadlar və s. barədə ətraflı məlumatlar vermiş, prkatik misallarla mövzuya dair bilgiləri iştirakçılara çatdırmışdır.
Tədbirdə iştirak edən yeniyetmə və gəncləri maraqlandıran suallara ekspert Emil Maqalov ətraflı cavablandırmış, onlara əhəmiyyətli məsləhətlər vermişdir.

“Ümid” SİD İB-nin İnformasiya yayım xidməti!


Abunəlik