Sürücülərin NƏZƏRİNƏ: Cərimələnə bilərsiniz

Baxılıb:123
Sürücülərin NƏZƏRİNƏ: Cərimələnə bilərsiniz

Bəzən sürücülər avtomobilləri daha rahat olsun deyə “amortizator” kimi bilinən avtomobil asqısına müdaxilələr edirlər.

Xəzər TV-də yayımlanan “Xəbər ertəsi” proqramında qeyd edilib ki, son zamanlar sosial şəbəkələrdə də bununla bağlı videolar yayılıb.

Belə ki, nəqliyyat vasitəsinin asqısı deşilərək ona başqa detallar birləşdirilir. Maşın ustaları deyir ki, asqılara belə müdaxilələr yolverilməzdir. Bu, qəza şəraiti yarada bilər, həm də digər detalları sıradan çıxara bilər.

Mövzu ilə bağlı danışan nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, qanun avtomobilin asqı sisteminə müdaxiləni qadağan edir. Belə olan halda sürücülər 50-150 AZN aralığında cərimə oluna bilərlər.


Abunəlik