Millət vəkili Şamaxı rayon sakinləri ilə görüş keçirdi-FOTOLAR

Baxılıb:361
Millət vəkili  Şamaxı rayon sakinləri ilə görüş keçirdi-FOTOLAR

AzTimes.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tamam Cəfərova 21-23 fevral tarixlərində Şamaxı rayonunun Mədrəsə qəsəbəsi, Kərkənc, Zarat-Xeybəri, Səfalı, Əngəxaran, Məlhəm, Çuxuryurd, Nağaraxana kəndlərinin sakinləri ilə görüş keçirib. Vətəndaşlar onları narahat edən istismar müddəti bitmiş elektrik şəbəkəsi ilə bağlı müraciətlərin qısa müddət ərzində müsbət həll edilməsi, kəndlərdə elektrik şəbəkəsinin yenidən qurulması istiqamətində başlanmış genişmiqyaslı işlərə görə təşəkkür ediblər. Bununla yanaşı, kənd sakinləri bir çox problemlərlə əlaqədar millət vəkilinə müraciət ediblər. Vətəndaşların müraciətləri güzəştli qaz limitinin artırılması, məşğulluq, kənd yollarının çəkilməsi, su çatışmazlığı, artezian quyularının qazılması, tibb məntəqələrinin açılması, məktəblərin təmiri, torpaq məsələləri və digər fərdi müraciətləri əhatə edib.Seçicilərin hər birinin arzu və istəkləri, qaldırmış olduqları problemlər, millət vəkili Tamam Cəfərova tərəfindən diqqətlə dinlənilib, qanunvericilik çərçivəsində öz həllini tapması məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib.Qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mərdan Nəhmətov da iştirak edib.


Abunəlik