Hicran Hüseynova görüş keçirdi- FOTOLAR

Baxılıb:178
Hicran Hüseynova görüş keçirdi- FOTOLAR

Bu gün Milli Məclisin komitə sədri Hicran Hüseynova Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri, müharibə və əmək veteranı Fatma xanım Səttarova ilə görüşmüşdür.
AzTimes.az xəbər verir ki, görüşdə Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştirakından bəhs edilmiş, onların həyatın bütün sahələrində fəaliyyətinin artırılması istiqamətində görülən işlərdən danışılmışdır. Millət vəkili H. Hüseynova Ulu Öndər Heydər Əliyevin istər sovet hakimiyyəti, istərsə də müstəqillik dövründə milli qadın hərəkatının formalaşması, genişlənərək institutlaşması üçün böyük işlər gördüyü qeyd olunmuşdur. Prezident İlham Əliyev isə bu siyasəti uğurla davam etdirərək daha da gücləndirmişdir. Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva isə təkcə ölkəmizdə deyil, bütün dünyada Azərbaycan qadının əsl obrazını təcəssüm etdirir. Milli Məclisin komitə sədri bildirdi ki, “Bir müharibə veteranı, ziyalı və şəxsiyyət kimi keçdiyiniz şərəfli həyat yolu gənc nəsil üçün parlaq nümunədir. Xalqımız Sizi xalqı yaxşı tanıyır, hörmət edir. İkinci Dünya müharibəsinin bütün ağırlığını zərif çiyinlərinizdə daşımışınız. Uzun illər dövlət qurumlarında çalışaraq öz səmərəli fəaliyyətinizlə seçilmisiniz. Ölkəmizin ictimai-siyasi həyatında böyük xidmətlər göstərir, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işində fəal iştirak edirsiniz. İkinci Dünya müharibəsi illərində Vətənə hədsiz sevgi, şücaət, faşizm üzərində Qələbəyə sonsuz inam və əsl mərdlik nümayiş etdirən istedadlı veteran qadınlarımız birisiniz. Siz hər bir qadın, gənc qızlarımız üçün örnəksiniz, canlı tarixsiniz. Biz COVİD-19 pandemiyası, 44 günlük Vətən müharibəsində qadınlarımızın cəsarətinə bir daha şahid olduq. Azərbaycan qadının igidliyi, qorxmazlığı, mübarizliyi, vətənpərvərliyi ilə seçilir. Bu qadınlar bizim tarixən tanınmış qadınlarımızın yeni nümunəsi idi. Bilirik ki, siz də bu prosesdən kənarda qalmırdınız, çox fəallıq göstərirdiniz. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri kimi genişmiqyaslı maarifləndirmə işləri aparır, bu orqanın tanıdılmasında əməyinizi və gənclərin Vətənə, dövlətə sədaqət ruhunda tərbiyəsində biliyinizi əsirgəmirsiniz”.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma xanım Səttarova öz növbəsində Milli Məclisin Komitə sədrinə onun ünvanına dediyi xoş sözlərə görə təşəkkür etdi. F. Səttarova bildirdi ki, “Azərbaycan qadını, Azərbaycan vətəndaşı kimi dövlətimizə, xalqımıza xidmət etmək şərəfli bir işdir. Mən çox sevinərəm ki, ölkəmiz gündən-günə inkişaf edir. Bu prosesdə həm qadınlar, həm də gənclər fəal iştirak edir. Biz fəxr edirik ki, bizim belə güclü Prezidentimiz, Ali Baş Komandanımız, İlham Əliyevimiz var, onun silahdaşı, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevamız var”. O, bundan sonra da Azərbaycanın inkişafına layiqli töhfələr vermək üçün çalışacağını bildirdi.


Abunəlik