Milli Cəbhə Partiyasının sədri Milliət Vəkili Razi Nurullayev “Ana harayı” abidəsini ziyarət etdi.

Baxılıb:324
Milli Cəbhə Partiyasının sədri Milliət Vəkili Razi Nurullayev “Ana harayı” abidəsini ziyarət etdi.

Bəşəriyyət əleyhinə törədilmiş ən böyük cinayətlərdən birinin – Xocalı soyqırımının 30-cu ildönümü tamam olur. AzTimes.az xəbər verir ki,Hər il olduğu kimi bu il də Xocalıda qətlə yetirilən günahsız insanların xatirəsi dərin hörmətlə anılıb.
Hadisə qurbanlarının şərəfinə ucaldılmış “Ana harayı” abidəsi ölkənin aparıcı Milli Cəbhə Partiyası təşkilatlarının nümayəndələri tərəfindən ziyarət olunub.
Abidə önünə güllər düzlüb, faciə qurbanlarının ruhlarını dərin ehtiramla yad ediblər.
Çünki Vətən müharibəsi dövründə Xocalı soyqırımını törətmiş hərbi cinayətkarların bir qismi qəhrəman ordumuz tərəfindən məhv edilmişdi. Azərbaycan hərb meydanında Xocalı soyqırımının qisasını almışdır.

Milli Cəbhə Partiyası Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması istiqamətində fəaliyyətlərini bundan sonra da əzmlə davam etdirəcəklər.

AzTimes.az


Abunəlik