Şamaxı rayonunun kənd və qəsəbələrində elektrik şəbəkəsi yenilənir

Baxılıb:391
Şamaxı rayonunun kənd və qəsəbələrində elektrik şəbəkəsi yenilənir

Azərbaycanda Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı uğurla həyata keçirilir. Dövlət proqramının əsas məqsədi şəhər və kənd arasında fərqlərin getdikcə azaldılması və kənd əhalisinin rifah halının daha da yaxşılaşdırılmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olan əhalinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində regionlarda genişmiqyaslı işlər görülür. Bütün bunlar cənab Prezident İlham Əliyevin “Azərbaycanda dövlət siyəsətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahının yaxşılaşdırılması durur” sözlərini özündə bir daha ehtiva edir.

 Şamaxı rayonunda da əhalinin dayanıqlı və sabit elektrik enerjisilə təminatının yaxşılaşdırılması məqsədilə  rayonun elektrik şəbəkəsi müasir standartlara uyğun yenilənir. Məlumat üçün  bildirmək istəyirəm ki, Şamaxı rayonunun bir çox kəndlərində sakinləri narahat edən məsələlər arasında elektrik enerjisi ilə təminatda yaranan problemlər durur. Elektrik xətlərinin dəyişdirilməsi, işıq dirəklərinin yeniləri ilə əvəzlənməsi və yeni transformatorların quraşdırılması kimi məsələlər seçicilərimin ən çox səsləndirdiyi müraciətlər arasında yer alır. Müraciətlərimizi  nəzərə alaraq, Şamaxı rayonun Mədrəsə qəsəbəsi və Kərkənc, Səfalı, Zarat-Xeybəri, Ərçiman kəndlərində elektrik şəbəkəsinin  əsaslı şəkildə yenidən qurulması işlərinə başlanmışdır. Azərişıq ASC tərəfindən görülən işlərlə yerində tanış olmaq məqsədi ilə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla birlikdə 21 fevral tarixində rayonun Mədrəsə qəsəbəsi və Kərkənc, 22 fevral tarixində isə Səfalı və Zarat-Xeybəri kəndlərində sakinlərlə görüşdük. Görüşdə Azərişıq ASC-nin Şimal Qərb Regional Satış İdarəsinin rəisi Nəriman Mahmudov işlərin gedişatı barədə bizə geniş məlumat veridi və bildirdi ki, Mədrəsə qəsəbəsi və Kərkənc kəndində istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan elektirik dirəkləri, naqilləri və transfarmatorlar dəyişdirilir, elektrik şəbəkəsi müasir standartlara cavab verən yeni texnologiyalar əsasında yenidən qurulur.

Görüş zamanı çıxış edən sakinlər onlara göstərilən diqqət və qayğıya,  görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

Mən də fürsətdə istifadə edərək rayonun dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsində göstərdikləri dəstəyə görə Milli Məclisin rəhbərliyinə, Azərişıq ASC-nin rəhbərliyinə dərin təşəkkürümü ifadə etmək istəyirəm.

Məlumat üçün bildirirəm ki, “Azərişıq” ASC Ərçiman kəndində elektrik şəbəkəsinin yenilənməsi işlərini yaxın günlərdə  başlayacaq.

Görüş zamanı seçiciləri maraqlandıran diğər problemlər də qeydə alındı. Bildirildi ki, onların qaldırdığı problemlərlə bağlı müvafiq qurumlara müraciət olunacaq, qanunvericilik çərçivəsində problemlərin həlli üçün bütün müvafiq addımlar atılacaq.

Milli Məclisin deputatı Tamam Cəfərova


Abunəlik