Abşeronda saxlanılanlar bu yüksək vəzifəli şəxslərdir – Əməliyyatın ŞOK DETALLARI (SİYAHI)
Xəbər verdiyimiz kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində xüsusi əməliyyat keçirib.
Aztimes.az-ın əldə etdiyi məlumata görə, əməliyyat səhər saatlarında keçirilib. Xüsusi əməliyyat qrupu idarənin rəis müavini Etibar Qasımovu, bir neçə mühəndisi, sektor müdirini, baş qeydiyyatçını və qəbul şöbəsinin bir əməkdaşını saxlayıb. Ümumilikdə saxlanılan 10-dan çox vəzifəli şəxs xüsusi avtomobillərlə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə aparılıb.
Əməliyyat zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrahimov saxlanılmayıb. Tutulanların əlbir olaraq qanunsuz əməllər törətdiyi bildirilir.