Baş prokuror jurnalistlərə müraciət etdi

Baxılıb:213
Baş prokuror jurnalistlərə müraciət etdi

“Mən demək olar bütün məlumatları mediadan oxuyuram. Biz medianın peşəkarlığına üstünlük veririk”.

Aztimes.az  xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib.

Prezident İlham Əliyevin də medianın nəzarətini yüksək qiymətləndirdiyini qeyd edən Baş prokuror Kamran Əliyev Azərbaycan prokurorluğunun fəaliyyətinin mətbuat orqanlarında müsbət qiymətləndirilməsinə çalışdığını bildirib. Baş prokuror, həmçinin jurnalistlərə müraciət edərək onları sensasiya yaratmaq xatirinə məlumat yaymaqdan çəkinməyə çağırıb: “Bəzən jurnalistikanın adından istifadə edib, reketlik edənlər var. Həmin şəxslər prokurorluğa çağırılaraq müvafiq tədbirlər görülür. Mediada insanların şərəf, ləyaqətini alçaltmağa yönələn, sensasiya yaratmağa meylli məlumatlar olmamalıdır”.


Abunəlik