Füzulidə narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü müəyyən edilib

Baxılıb:137
Füzulidə narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü müəyyən edilib


Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakini Səyyar Hüseynzadənin idarə etdiyi “VAZ-21063” markalı avtomobil nəzarət qaydalarına uyğun olaraq saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzTimes.az-a verilən məlumata görə, nəqliyyat vasitəsinin sürücüsünün hərəkətləri şübhə doğurduğundan RPŞ-yə gətirilib və tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən onun narkotik vasitələr olan metamfetamin və marixuana qəbul etdiyi məlum olub.
S.Hüseynzadə barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.


 


Abunəlik