İcra başçısının və iki müavinlərinin xidməti avtomobilləri bir-birilə toqquşdu – Beyləqandakı ağır qəzanın TƏFƏRRÜATI

Baxılıb:1108
İcra başçısının və iki müavinlərinin xidməti avtomobilləri bir-birilə toqquşdu – Beyləqandakı ağır qəzanın TƏFƏRRÜATI

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının və onun digər iki müavininin sürücüləri xidməti avtomobilləri rayonun mərkəzində ağır yol qəzası törədib.

AzTimes.az realMedia.az-a istinadən xəbər verir ki, hadisə şahidləri hadisənin təfərrüatını belə nəql edirlər:

“İcra başçısının Hüseyn adlı sürücüsü və digər iki müavinin sürücüləri toyda yeyib-içdikdən sonra, rayonun mərkəzində yüksək sürətlə yarışmağa başlayıblar.

Nəticədə icra başçısının xidməti avtomobili yolun ortasinda yerləşən səkiyə çırpılaraq, onunla yarışan başçının müavinin digər avtomobili ilə toqquşub.

Hadisə nəticəsində yol kənarında dayanan VAZ-07 markalı başqa bir avtomobilə də ziyan dəyib. Qəza zamanı icra başçısının başqa bir müavinin də sürücüsü başçının xidməti avtomobilində olub. Qəza nəticəsində icra hakimiyyətinin üç xidməti sürücüsü yaralanıb.

Avtomobillərə ciddi ziyan dəyib. İcra başçısının sürücüsünün vəziyyətinin çox ağır olduğu bildirilir. Hər üç sürücü hazırda Beyləqan Rayon Mərkəzi Xəstəxanasındadır”.

Hadisə ilə bağlı Beyləqan İcra Hakimiyyətindən münasibət öyrənmək cəhdlərimiz alınmadı. Beyləqandakı mənbələrin verdiyi məlumata görə, icra başçısının hazırda rayonda olmadığı deyilir.

RealMedia.az hadisə yerindən çəkilən eksklüziv fotoları təqdim edir:


Abunəlik