Yeni təyin edilən icra başçıları kimdir? – Məşhur şəxsin kadrları

Baxılıb:143
Yeni təyin edilən icra başçıları kimdir? – Məşhur şəxsin kadrları

Xəbər verdiyimiz kimi bu gün Prezident İlham Əliyev Bakının Nərimanov və Nizami rayonlarına yeni icra başçısı təyin edib.

AZTİMES.az-ın əldə etdiyi məlumata görə, yeni təyin olunan icra başçıları Bakı meri Eldar Əzizovun kadrlarıdır. Belə ki, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elgin Həbibullayev bundan əvvəl Bakı Şəhər Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri, Nizami rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Coşqun Adil oğlu Cəbrayılov isə Bakı Şəhər Şəhər İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yeri orqanlarla iş şöbəsinin müdiri kimi çalışıb.

Prezidentin digər sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elxan Oqtay oğlu İbrahimov 2020-ci ildə Şamaxı Rayon İcra Hakimiyyətində başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.

Elxan İbrahimov daha əvvəl Azərbaycanda bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələrdə çalışıb. 


Abunəlik