“Poliklinikalardan verilən dərman paketini qəbul etməyin” — XƏBƏRDARLIQ
“Dəyərli həmvətənlərim, poliklinikalardan verilən gərəksiz “dərman” paketini pulsuzdur deyə alıb qəbul etməyin”.
Bu barədə tanınmış pulmonoloq Həsən Həsənzadə açıqlama verib.
O bildirib:
“COVİD -19″-un müalicəsində bunların heç bir əhəmiyyəti yoxdur. Şikayətiniz yoxdursa, testinizin pozitiv çıxmasına baxmayaraq, bol maye
(hər kəs deyil!!!), aktiv hərəkət və təmiz hava qəbul etməyiniz daha uyğundur”.