Milli Məclisin komitə sədri Azərbaycan Yəhudi Qadınları Humanitar Assosiasiyasının sədri Larisa xanım Reyxrudellə görüşdü- FOTOLAR

Baxılıb:197
Milli Məclisin komitə sədri Azərbaycan Yəhudi Qadınları Humanitar Assosiasiyasının sədri Larisa xanım Reyxrudellə görüşdü- FOTOLAR

AzTimes.az xəbər verir ki, Milli Məclisin komitə sədri Azərbaycan Yəhudi Qadınları Humanitar Assosiasiyasının sədri Larisa xanım Reyxrudellə görüşmüşdür.

Görüşdə qadınların cəmiyyətin inkişafında rolundan, bu isatiqamətdə qadın qeyri-hökumət təşkilatlarının fəaliyyətindən bəhs edilmişdir. H. Hüseynova Azərbaycan Yəhudi Qadınları Humanitar Assosiasiyasının həyat keçirdiyi 20-dən çox sosial layihənin, o cümlədən xeyriyyə tədbirlərinin xüsusi maraqla qarşılandığını bildirib. Uzun illər insanları sosial və hüquqi yardım xidməti ilə təmin Assosiasiya COVİD-19 pandemiyası və Vətən müharibəsi zamanı da fəallıq göstərmişdir.
Görüş zaman millət vəkili qeyd etmişdir ki, L. Reyxudelin Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etməsi, qadınların ictimai və siyasi həyatda iştirakının artırılması sahəsində də özünəməxsus rolu və xidmətləri həm dövlətimiz, bəm də beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, o, İctimai həyatda göstərdiyi fəallıq, səmərəli fəaliyyət və xeyriyyəçilik əməllərinə görə BMT-nin sülh səfiri, Fransanın Fəxri Legion ordeni, “Tərəqqi” medalı, “Şöhrət” ordeninə layiq görülmüşdür.
Azərbaycan Yəhudi Qadınları Humanitar Assosiasiyasının sədri Larisa Reyxrudel öz növbəsində Milli Məclisin Komitə sədrinə onun ünvanına dediyi xoş sözlərə görə təşəkkür etdi. Bundan sonra da Azərbaycanın inkişafına layiqli töhfələr vermək üçün çalışacağını bildirdi.


Abunəlik