Ramiz Mehdiyevlə bağlı son dəqiqə AÇIQLAMASI:”BU GÜN…”
“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev bu gün işə çıxmayıb”.
Bunu “Report”a açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
O bildirib ki, Ramiz Mehdiyev sonuncu dəfə dünən – fevralın 16-da işə çıxıb: “O, akademiyada və Rəyasət Heyətində bəzi işlərini yekunlaşdırmaq üçün işə çıxmışdı. Ramiz Mehdiyev istefa ərizəsini yazaraq yekunlaşdırıb. Məndə olan məlumata görə o, istefa ərizəsini bu gün təqdim edəcək”.
AzTimes.az