Bərdə rayon sakinindən metamfetamin və heroin götürülüb

Baxılıb:159
Bərdə rayon sakinindən metamfetamin və heroin götürülüb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şüb həli bilinən şəxs müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzTimes.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Elgiz Əzizov saxlanılıb. Onun üzərinə və evinə baxış keçirilən zaman müxtəlif qablaşdırmalarda metamfetamin və heroin aşkar edilərək götürülüb.
 
Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Əzizov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
 


Abunəlik