TƏFƏRRÜAT: Bakıda tələbə qız özünü niyə aşıb?- VİDEO
Xədicə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsidir.
Universitetin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov deyir ki, Xədicə dərslərini əla qiymətlə oxuyub.
Bəhruz Nəzərovun sözlərinə görə, mərhumun ailəsi onun son günlər özünə qapandığını bildirib.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.