Ağstafa Təhsilinin Müdiri Direktorun Səsin Yazdırdı, Kənd Sakinləri Etiraz Aksiyası Keçirdi – FOTO+VİDEO

Baxılıb:184
Ağstafa Təhsilinin Müdiri Direktorun Səsin Yazdırdı, Kənd Sakinləri Etiraz Aksiyası Keçirdi – FOTO+VİDEO

Bir qrup kənd sakini Ağstafa rayon Şahin Abadov adına Aşağı Kəsəmən kənd orta məktəbinin direktoru Mətanət Məmmədovanın müdafiəsinə qalxıb.

Xəbəral.az saytı xəbər verir ki, kənd sakinləri saxta profil üzərindən səs yazısını yayan müəllim Vüsalə Məmmədovanı  tənqid edirlər.

Ağstafa rayonu Aşağı Kəsəmən kənd sakinlərinin Xəbəral.az-a verdiyi məlumata görə, ibtidai sinif müəlliməsi Vüsalə Məmmədova məhz o səs yazısını təhsilin müdiri Mədət Zeynalovun göstərişi ilə yayıb.

Məktəb direktorunun səs yazısının yazılmasına səbəb Təhsil şefi Mədət Zeynalov başqa bir adamı direktor təyin etməyə söz verməsi olub.Sözügedən təhdidlərdən sonra Aşağı Kəsəmənlinin məktəb direktoru Mətanət Məmmədovanın ürəyi tutaraq xəstəxanaya yerləşdirilib.

Hal-hazırda məktəb direktoru Mətanət Məmmədovanın səhhəti yaxşıdır.Lakin Ağstafa rayon Təhsil müdiri Mədət Zeynalov rayonun baş həkiminə ciddi şəkildə tapşırıb ki,Mətanət xanıma xəstəlik kağızı (Bullaten) yazmasın. Təhsil şefinin “10000” manat pul qarşılığında şantaj xarakterli işdən azad etmə tələbi kənd sakinlərini bərk qəzəbləndirib.

Beləliklə bir qurup kənd sakini etiraz aksiyası keçirib.

Əsasən qadınlar olan sakinlər  Vüsalə Məmmədovanı dünyasını dəyişən şəxsləri təhqir etməkdə,onları söyməkdə,maşına minib qaçmaqda günahlandırırlar.Bununla bərabər onlar hesab edirlər ki,Vüsalə Məmmədova məktəbdən xaric edilməlidir.

Çünki o,iki illik kurs bitirib,müəllimə yaraşmayan tərbiyyəsiz ifadələr işlədir, istənilən savadı yoxdur vəs. Hətta kənd sakinləri onu da bildirir ki,Ağstafa rayon Təhsil Şöbəsinin müdiri Mədət Zeynalovun özü də direktor Mətanət Məmmədovanın yetirməsi olub.

İnanırıq ki, Təhsil Nazirliyi Ağstafa rayon təhsil şefi ilə bağlı tədbir görəcəkdir.

Xatırladaq ki, Ağstafa rayon Təhsil müdiri Mədət Zeynalov rayonun bazarkomu Elmanın yaxın qohumdur.

Qarşı tərəfin mövqe haqqını tanıyırıq.

Xəbəral.az hər iki videonu  təqdim edir:


Abunəlik