Zelinski ölkədən qaçan deputatlara 24 saat vaxt verdi:” Geri qayıtmasalar…”

Baxılıb:403
Zelinski ölkədən qaçan deputatlara 24 saat vaxt verdi:” Geri qayıtmasalar…”

Ukrayna prezidenti Vladimir Zelenski ölkəni tərk edən Ali Radanın deputatlarını 24 saat ərzində geri qayıtmağa çağırıb.

AzTimes.az xəbər verir ki, o, bu barədə prezident aparatının Facebook səhifəsində yayımlanan mətbuat konfransında bildirib.

Prezidentin sözlərinə görə, bəzi deputatlar artıq qohumları ilə birlikdə xaricə gediblər. Zelenski onlara ölkəyə qayıtmaq üçün 24 saat vaxt verib. “Hesab edirəm ki, onlar qayıtmalıdırlar, əks halda biz, rəhbərlik olaraq ciddi nəticələr çıxarmalıyıq”, – Zelenski bildirib.

Zelenski hansı partiyanın deputatlarının Ukraynanı tərk etdiyini dəqiqləşdirməyib. O vurğulayıb ki, hakimiyyət öz nümunəsi ilə Ukrayna xalqına birlik siqnalları verməlidir./savaş


Abunəlik