“İcra başçısının 1-ci müavini və onun qardaşı oğlunun dələduzluğuna görə aclığa məhkum olmuşuq” – Göyçay sakinləri əlacsız qalıb
Göyçay Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İkram Vəliyev qardaşı oğlu Sabir Vəliyevlə əlbir olub bizi aldadıb, həyətimizin məhsulunu alıb başqa şəxsə sataraq pulumuzu ələ keçiriblər.”
Bu sözlər bir qrup Göyçay rayon sakini tərəfindən “Asiya.az” xəbər portalına ünvanlanan şikayət məktubunda yazılıb.
Şikayət edən rayon sakinəri yazırlar:
“Biz bu şikayəti imza edən vətəndaşlar həyətimizin məhsulu olan xurma meyvəsini yığaraq icra başçısının müavini İkram Vəliyevin tapşırığı əsasında onun qardaşı oğlu Sabir Vəliyevə vermişik. Sabir Vəliyev həmin xurma məhsulunu Əli adlı Biləsuvar sakininə nəğd pula satsa da bizim pulumuzu indiyə qədər ödəməmişdir. Hansı ki, Əli adlı Biləsuvar sakini bizə bildirir ki, mən Sabir Vəliyevə nəğd pul vermişəm. Təkcə bu mövsümdə onlardan 700.000 manatlıq məhsulu nəğd pula almışam.
İcra başçısının birinci müavini İkram Vəliyev bizi çağırıb xurma meyvəsini qardaşı oğlu Sabir Vəliyevə yığıb verməyi bildirsədə indi pulumuzu vermək istəmir. Bu işdə şərik olmadığını utanmadan yalandan bizə bildirir.
Hətta İkram Vəliyev meyvə tədarükü üçün Göyçay rayonunun Qarabaqqal kəndində özünə böyük bir anbar almışdır. İcra başçısının müavini İkram Vəliyev qardaşı oğlu ilə əlbir olub bizdən aşağıdakı məbləğdə məhsul alıb aldatmışdır.
1) Kərimov İlyas Baxış oğlundan 7950 (yeddi min doqquz yüz əlli) manatlıq,
2) Səmədov Saleh Yaqub oğlundan 4350 (dörd min üç yüz əlli) manatlq,
3) Əmrahov Rəhman Qədir oğlundan 1000 (min) manatlıq
4) Şıxəliyev Aqil İxtiyar oğlundan 4500 (dörd min beş yüz) manatlıq,
5) Şıxəliyev Elçin İnqilab oğlundan 3700 (üç min yeddi yüz) manatlıq xurma məhsulu aldadıb alıb pulunu verməmişdir.
Biz kasıb işsiz kənd sakinləri gözümüzü bir il ərzində bu məhsulu satıb əldə etdiyimizi pula dikmişdik. Həmin pulla biz ailəmizi bie il dolandırıb, acından ölmürdük.
İndi isə icra başçısının 1-ci müavini İkram Vəliyev və onun qardaşı oğlu Sabir Vəliyevin dələduzluğuna görə aclığa məhkum olmuşuq.
Qeyd edək ki, Sabir Vəliyevin atası Rafael Vəliyev Ləkçıplaq kənd icra nümayəndəsinin müavini vəzifəsində işləyir.
İkram Vəliyev və qardaşı oğlu Sabir Vəliyevə kiminsə bir manat borcu ola bilməz. Onlara borcu olan Potu kənd sakininin evini və avtomobilini pul əvəzinə əlindən alıblar.
İndi biz çıxılmaz vəziyyətdə qalmışıq. Əlacımız İcra başçısının birinci müavini İkram Vəliyevin və qardaşı oğlu Vəliyevin talançılığına etiraz olaraq aclıq aksiyasına başlamaqdır.
Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan xahiş edirik vəzifə səlahiyyətlərindən sui-istifadə edib məhsulumuzu aldadıb başqa şəxsə satıb pulunu ələ keçirmiş birinci müavin İkram Vəliyevin və qardaşı oğlu Sabir Vəliyevin barəsində ciddi tədbirlər görəsiniz.
İmza; Göyçay rayon sakinləri:
1) Kərimov İlyas Baxış oğlu Göyçay şəhəri Ə.Səmədli küçəsi ev 176 Əlaqə telefonu; 051 380-62-79
2) Səmədov Saleh Yaqub oğlu Göyçay rayonu Ləkçıplak kəndi Əlaqə telefonu; 050 686-29-67
3) Əmrahov Rəhman Qədir oğlu Göyçay rayonu Aşağı Qaraməryəm kəndi Əlaqə telefonu; 050 456-01-47
4) Şıxəliyev Aqil İxtiyar oğlu Göyçay rayonu Qaraxıdır kəndi Əlaqə telefonu; 050 775-95-54
5) Şıxəliyev Elçin İnqilab oğlu Ucar rayonu Bağırbəyli kəndi Əlaqə teelfonu; 051 577-66-61″
AzTimes.az saytı olaraq qarşı tərəfin fikrini ictimailəşdirmək hazırıq.
/asiya.az