Səhiyyə sahəsindəki nöqsanlarla bağlı vətəndaşlara MÜRACİƏT: Bu “Qaynar xətti”ə zəng edin
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi səhiyyə sahəsində qarşılaşdıqları nöqsanlarla bağlı vətəndaşlara müraciət edib.
Aztimes.az-ın xəbərinə görə, Dövlət Agentliyinin Strateji Təhlil mərkəzinin rəhbəri Araz Nəsirov bildirib ki, neqativ halların sıfırlanması zaman istəyir:
O, vətəndaşlara çağırış edərək deyib ki, neqativ hallarla qarşılaşdıqda agentliyin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin “Qaynar xətti”nə məlumat versinlər.
“Bu gün dərman təchizatı ilə bağlı daha böyük işlər görülür. Yaxın zamanda xəstəxanaların maddi-texniki bazası ilə bağlı böyük işlər görüləcək. Dərman təchizatı yaxşılacaq. Düşünürəm ki, neqativ hallar ortadan qalxacaq”, – Araz Nəsirov bildirib.