Tağı Əhmədov sələmə verdiyi pulu ala bilmir

Baxılıb:229
Tağı Əhmədov sələmə verdiyi pulu ala bilmir

“Bakı Metropoliteni”nin keçmiş rəisi T.Əhmədov yaxın dostu, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyev vasitəsilə S.Xəlilov, Q.Muxtarov və S.Abuşova ümumilikdə 2 milyon manata yaxın pulu sələmə verib. Onlar mərmər biznesində böyük qazanc olduğunu deyərək T.Əhmədovu bu işə pul yatırmağa inandırıblar. T. Əhmədov isə pulları həmin şəxslərə verib. Daha sonra sələmi qaytara bilmədikləri üçün S.Əliyev onlardan şikayət edib. Məsələ ilə əlaqədar məhkəmə prosesi davam edir.
Kasıb rəisin 5-cə milyon pulu varmış, onun da 3-nü Eldar Mahmudov aparıb, 2-ni də sələmçilər. İndi Tağı Əhmədov da bizim kimi kasıb təbəqənin zəhmətkeş nümayəndəsidir.

AzTimes.az (Elnurə Abuşova)


Abunəlik