Dunya Miyatoviç İlham Əliyevi “Media haqqında qanun”u imzalamamağa ÇAĞIRDI

Baxılıb:144
Dunya Miyatoviç İlham Əliyevi “Media haqqında qanun”u imzalamamağa ÇAĞIRDI

Avropa Şurasının insan haqları komissarı Dunya Miyatoviç yanvarın 18-də Prezident İlham Əliyevə müraciət edərək Milli Məclisdə üç oxunuşdan keçərək qəbul edilmiş “Media haqqında” qanunu imzalamamağa çağırıb.

Xəbər bayraqdar.info-ya yanvarın 25-də AŞ İnsan Haqları Komissarlığından daxil olub.

D.Miyatoviç məsələylə bağlı Azərbaycan Prezidentinə ünvanladığı məktubda bildirib ki, qanun qəbul ediləcəyi təqdirdə Azərbaycanda media azadlığı zərər görəcək. Ona görə də D.Miyatoviç İ.Əliyevdən xahiş edib ki, daha geniş və mahiyyəti üzrə təkmilləşdirmək üçün qanunu Milli Məclisə qaytarsın.

D.Miyatoviçin ofisi Prezidentə göndərilən məktubla bərabər ona verilən cavabı da yayımlayıb. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovun imzasıyla daxil olan məktubda D.Miyatoviçin narahatlıqlarına aydınlıq gətirilir. Qeyd edilir ki, yeni qanun geniş ictimai müzakirələrdən sonra qəbul edilib, gərəkli beynəlxalq standartlara cavab verir və media azadlığı üçün geniş imkanlar açır.

Ə.İsmayılovun məktubu 24 yanvar 2022-ci il tarixinə aiddir.


Abunəlik