Məhkəmədə QALMAQAL:Şahidin dedikləri V.Ağabalayevanı özündən çıxardı-VİDEO

Baxılıb:1326
Məhkəmədə QALMAQAL:Şahidin dedikləri V.Ağabalayevanı özündən çıxardı-VİDEO

“Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, MTRŞ-nın sədri İsmət Səttarov, AzTV-nin sədri Rövşən Məmmədova Müraciyyət! Bu gün oğlum Yusifin məhkəməsi ilə bağlı bağlı növbəti iclas oldu. İclasda növbəti dəfə AzTV-nin əməkdaşı Vəfa Ağabalayevanın yalanları ifşa olundu. Bu haqda ətraflı məlumat verəcəyəm. Amma hələlik həmin şəxsin tərbiyyəsizlik və növbəti təxribatı haqqında sizə qısa məlumat vermək istəyirəm.
Məhkəmədən dərhal sonra təqdim olunan sübutlar qarşısında özünü cilovlaya bilməyən AzTV əməkdaşı vəkili təhqir etməyə, bizi təhqir etməyə cəhd göstərdi, cavab vermədiyimizi və təxribatının baş tutmadığını görəndə məhkəmənin binasından çıxanda qapını vəkilimizin üzünə çırpmağa cəhd etdi, amma xöşbəxtlikdən qapı ona dəymədi. Belə olan halda hamımız narazılıq bildirdik, amma tərbiyyədən uzaq olan bu məxluq geri qayıdaraq bizi çəkməyə və təhqir etməyə başladı.
Bəllidir ki, məqsəd Bakı Ağır cinayətlər məhkəməsində digər vəkilimizi şərlədiyi kimi, bizi də şərləmək idi. Amma oyun baş tutmadı.
Burdan bir daha üzümü tuturam Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyeva, MTRŞ-nın sədri İsmət Səttərova, AzTV-nin sədri Pövşən Məmmədova: Dövlətin Televiziyası olan AzTV-nin əməkdaşları bütün telejurnalistlər üçün bir nümunə olmalıdırlar. Söhbət həm peşəkarlıq, həm də əxlaq və tərbiyyədən gedir. Şükürlər olsun ki, kollektivin əksəriyyəti bu kriteriyalara tam cavab verir. Amma onların fonunda tərbiyyəsizliyi dillərdə əzbər olan, pozğunluğu məhkəmə proseslərində müzakirə olunan, peşəkarlığı da, elə ən azından vətəndaşın razılığı olmadan telefonun kamerasını işə salıb onun üstünə cummağından bəlli olan Vəfa Ağabalayeva niyə AzTV-nin simasına çevrilməlidir. Təkcə bizim prosesimiz zamanı artıq iki şəxsi şərləyərək üzlərinə durduğu və daha iki nəfəri bu dəfə şərləməyə cəhd etdiyi bu şəxs nəyə görə bütün qəbul olunmuş norma və qaydaları ürəyi istədiyi şəkildə pozur və cəzasız qalır? Hansı haqla Dövlətin ali qollarından biri olan Məhkəmənin binasında əmlaka zərər vurmaqdan belə çəkinmir?
Mən xahiş edirəm, adlarını çəkdiyim şəxslər məsələ ilə bağlı araşdırma aparsınlar və Azərbaycan jurnalistlərinin, AzTV kollektivinin adına xələl gətirən bu şəxsin əməllıərinə qiymət versinlər! Hər bir səbrin bir sonu var! Qanunlar və insanların heysiyyatı ilə bu şəxs nə qədər oynayacaq!?”

Nadir Şəfiyev AzTimes.az


Abunəlik