Jurnalist prezidentə müraciət etdi, işindən oldu-VİDEO

Baxılıb:199
Jurnalist prezidentə müraciət etdi, işindən oldu-VİDEO

AzTimes.az xəbər verir ki, “Qarabağ” qəzetinin  əməkdaşı Əntiqə Rəşid işdən çıxarılıb. Səbəb isə çox gülüncdür-Torpağını tələb etmək. Əntiqə Rəşid bir neçə gün öncə prezidentə və Müdafiə Nazirinə video müraciət ünvanlayıb və bunu istifadəçisi olduğu facebook hesabında  yerləşdirib. Videomüraciət sosial şəbəkələrdə də paylaşılıb. Bundan sonra “Qarabağ” qəzetinin rəhbərliyi Əntiqə xanımı çağıraraq müraciəti dərhal silməsini tələb edib. Bununla razılaşmadıqda isə olanlar olub. Çarəsiz qalan Əntiqə Rəşid prezidentə müraciət ünvanlayıb. Müraciəti olduğu kimi sizə təqdim edirik.

MURACİƏT
Azərbaycan xalqı, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov cənabları, hörmətli ziyalılarımız, hörmətli həmkarlarım, bütün media təmsilçiləri, Qarabağ qaziləri, Qarabağ Azadlıq Təşkilatı, hörmətli vətəni, yurdu əlindən getmiş, 27 ildir köçkün, qaçqın vəziyyətində yaşayan Qarabağ camaatı!
Bu ayın 3-də yüzlərlə soydaşım kimi mən də istifadəçisi olduğum facebook səhifəmdən Prezidentimə, Ali Baş Komandanıma içərisində heç bir tənqid, təhqir, təhdid və ya hər hansı bir qəzəb hissi ifadə olunmayan, əksinə yalvarıcı bir tərzdə müraciət etdim, yalavararaq kəndimdə, elimdə, obamda yaşlanmaq və ölmək istədiyimi bildirdim, yurduma qayıtmaq istəyimi ifadə etdim. Azərbaycan Konstitusiyasına görə heç bir cinayət törətməmiş, əmək hüququma mənfi təsir edəcək heç bir aqressiv iş görməmişəm.
Aradan 2-3 gün keçməmiş çalışdığım “Qarabağ” qəzetinin baş redaktoru Çingiz Tofiq oğlu İsmayılov, redaktor Salman Alıoğlu və digər iş yoldaşım cinayət işlətmişəmmiş kimi, sən niyə Prezidentə müraciət etmisən, deyə sərt sözlərlə mənə hücuma keçdilər. Çox söz-söhbətdən sonra bildirdilər ki, ya müraciətini və facebook səhifəni siləcəksən, bizdən də üzr itəyəcəksən, ya da ərizə yazıb işdən çıxacaqsan. Əks halda kollektivin iclasını çağırıb protokol tərtib edib səni o şəkildə işdən qovacağıq. Mən heç bir suç işlətmədiyimdən nə ərizə yazmadım, nə də səhifəmi silmədim. Həmin gün yağı daşmış kimi qəzetin kollektivi iclas çağırıb, əllərində heç bir hüquqi əsası olmadan protokol tərtib edib məni işdən çıxardılar. Nəzərinizə çatdırım ki, məni işdən çıxaran kolletiv üzvlərinin hər biri Ağdam rayonundandır, hər biri də mənim kimi yurd-yuvalarından didərgin düşmüş, qaçqın, köçündürlər. Məni isə yurdumu istəməyimdə günahlandırdılar.
Beləcə ayda cəmi 240 manat maaş (minimum əməkhaqqı qədər də deyil) aldığım işimdən azad edildim. Halbu ki, məsələn, xəbərdarlıq edilə bilərdi, töhmət verilə bilərdi, yoldaşlıq toplantısı keçirilə bilərdi, mənimlə söhbət oluna bilərdi. Lakin bunların heç biri olmadan 15 ildir canla-başla çalışdığım iş yerimdən bir qələmdə silindim, ayda evimə apardığım minimum əməkhaaqndan da aşağı – 240 manatlıq əməkhaqqından da məhrum edildim.
Diqqətinizə çatdırım ki, yoldaşım Qarabağ müharibəsi əlilidir və bədənində 22 qəlpə daşıyır. İşləmək qabiliyyətindən məhrumdur. Bir evladımız var, evə çörək aparan yeganə mənəm. Bunu “Qarabağ” qzetinin rəhbərliyi və kollektivi çox yaxşı bilir.
Mən nə istəyirəm: Birinci növbədə üzərimə atılan çamur qaldırlmalı, konstutsiyon hüququm və işim bərpa olmalıdır. Çingiz İsmayılovun və digərlərinin məqsədini bilmirəm, amma mən “Qarabağ” qəzetində neçə illərdir ki, Qarabağın bağıran haqq səsi olaraq çalışıram və bundan sonra da torpaqlarım düşmən tapdağından azad olunana qədər orada çalışacağam.
İstəyirəm bu ədalətsizliyə son qoyulsun. Bura dağ başı deyil, dünyanın ən sağlam humanist qanunları və Konstitusiyası ilə idarə olunan sivil, demokrtaik dövlətdir. Heç bir əsası olmadan insanı işindən və əməkhaqqından azad etmək heç bir dövlətin qanununda yoxdur. Əgər kobudcasına pozulmuş haqq və hüquqlarım bərpa olmasa cənab Prezidentə, vitse-prezidentə müraciət edəcəm, hüquqlarımın bərpasını məhkəmə divarları arasında aramalı olacağam.
Əntqiə Rəşid
“Qarabağ” qəzetinin əməkdaşı

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir