Göyçayda tələbəni avtomobil vurdu

Baxılıb:140
Göyçayda tələbəni avtomobil vurdu

 

Göyçayda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzTimes.az xəbər verir ki, hadisə bu gün saat 14:00 radələrində Göyçay şəhəri, Heydər Əliyev prospektində yerləşən Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin qarşısında qeydə alınıb. “VAZ 2107” markalı minik avtomobili hərəkətdə olarkən yolu keçən piyada, kollecin tələbəsi, 2004-cü il təvəllüdlü Məmmədov Əli İlqar oğlunu vurub. Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəza törədən sürücü hadisə yerindən qaçıb. Faktla bağlı araşdırma aparılr.

Davud Tarverdiyev


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir