Məktəblilərin ictimai şurası YARADILIR

Baxılıb:122
Məktəblilərin ictimai şurası YARADILIR

Məktəblilərin ictimai şurası ekoloji mədəniyyətin və sağlam ekoloji mühitin formalaşmasında, ətraf mühitin mühafizəsi prosesində aktiv iştirakı təmin etmək məqsədilə yaradılır. Təbiəti sevən, ətraf mühitin qayğısına qalan, təşəbbüskar, parlaq ideyalı və liderlik bacarıqlarına malik məktəbliləri Şuraya üzv olmağa dəvət edirik.
 

1. Namizədlərə dair tələblər:

– Şuraya 13-17 yaşlı məktəblilər öz namizədliyini irəli sürə bilər.
 

2. Namizədlərin qeydiyyatı:

Namizədin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

– Şurada üzvlüyə namizədliyin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə);

– namizədin şəxsiyyət vəsiqəsinin surəti;

– namizədin tərcümeyi-halı.

Müraciətə namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə bilər.
 

3. Sənədlərin qəbulu və baxılması:

Namizədlərin qeydiyyatı məsələsinə Seçki komissiyası tərəfindən baxılır.

Qeydiyyat üçün sənədlər elektron qaydada [email protected] poçt ünvanına təqdim edilə bilər.
 

Qeydiyyat 27 yanvar 2022-ci il tarixindən başlanılır. Sənədlərin qəbulu müddəti 28 fevral 2022-ci il tarixində başa çatacaq.

AzTimes.az


Abunəlik