Xudatda soyğunçuluq edən şəxslər saxlanılıblar
Bir nəfər Xaçmaz rayon sakini Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinə ərizə ilə müraciət edərək iki nəfər üzdən tanıdığı şəxslərin onun işlədiyi fermaya gələrək onu döydüklərini, ona qarşı qeyri-etik hərəkətlər edərək şəxsiyyətini alçaltdıqlarını və həmin şəxslər tərəfindən ona qarşı soyğunçuluq edilməsi barədə məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan AzTimes.az-a verilən məlumata görə, Xudat Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Fuad Fərzəliyev və Şabran rayon sakini Ramil Qurbanov saxlanılıblar. Saxlanılan şəxslər ifadələrində zərərçəkmişə qarşı hədə-qorxu gələrək 1 ədəd matorlu mişar, 60 manat pul və bir baş ördək aldıqlarını etiraf ediblər.
Faktla bağlı araşdırma aparılır.