Zakir Fərəcovun olduğu iddia edilən restoranın inzibatçısı həbs edildi

Baxılıb:139
Zakir Fərəcovun olduğu iddia edilən restoranın inzibatçısı həbs edildi

Sumqayıt şəhərindəki məşhur “Kalyon” restoranında qanunsuz keçirilən toya görə məsul şəxs həbs edilib.

AzTimes.az “Qafqazinfo”ya istinadən bildirir ki, yanvarın 23-dən şəhərin Sahil küçəsində yerləşən “Kalyon” restoranında portalda qeydiyyatdan keçmədən toy məclisi təşkil olunub.

Polisi keçirdiyi reyd zamanı bu fakt aşkarlanıb və restoranın icarədarı, 1984-cü il təvəllüdlü Çaylar İsmayılov saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə başlanan işə məhkəmədə baxılıb. Hakimin qərarı ilə Ç.İsmayılov 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, daha öncə mediada gedən məlumatlarda “Kalyon” restoranının Sumqayıtın icra başçısı Zakir Fərəcova aid olduğu qeyd edilib.


Abunəlik