DSX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi

Baxılıb:154
DSX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi

Yanvarın 20-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin başçılığı altında DSX-nin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə KONKRET.az-a Xidmətin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları üzərinə güllər düzülüb.

DSX-nin Aparatında davam edən anım tədbirində iştirakçılar öncə faciənin ildönümü münasibəti ilə hazırlanan fotosərgiyə baxış keçiriblər.

Azərbaycan Dövlət Himninin səsləndirilməsindən sonra şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə 32 il əvvəl Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğın nəticəsində xalqımızın azadlığı, suverenliyi uğrunda vətən fədailərinin canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqları, həmin müdhiş gecədən uzun illər keçməsinə baxmayaraq, şəhidlərin fədakarlığının hər zaman minnətdarlıqla və ehtiramla anıldığı, 20 Yanvar faciəsinin xalqımızın tarixinə, qan yaddaşına təkcə hüzn deyil, həm də cəsurluq, milli ruhun sarsılmazlığının təzahürü kimi daxil olduğu qeyd edilib.

Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunan sənədli film nümayiş etdirilib.


Abunəlik