Bakıda 15 yaşlı qız ailə qurmaq məqsədilə evdən QAÇDI
Bakıda itkin düşmüş 15 yaşlı qızın evlənmək məqsədilə qaçırıldığı məlum olub.
Aztimes.az xəbər verir ki, Nizami rayon Polis İdarəsinə paytaxt sakini, 2007-ci il təvəllüdlü R. Hüseynovanın itkin düşməsi ilə bağlı yanvarın 17-də məlumat daxil olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində R. Hüseynovanın sevgi münasibətində olduğu Məhəmməd adlı şəxslə əvvəldən razılaşaraq evlənmək məqsədilə evdən qaçdığı müəyyən edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.